AZ

“Koroğlu”, “Nəsimi”, “Babək” filmlərinin çəkildiyi Ramanı qalası müdafiə məntəqəsi kimi istifadə edilib Video

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Bizimyol.info” xəbər portalının “Tarixi abidələrə müasir baxış” rubrikasında bu dəfə Ramanı qalasından danışacağıq.

"Ramanı qalası" adından da göründüyü kimi, Bakının Ramanı kəndində yerləşir. Tarixi mənbələrə görə, qala XIV əsrdə Şirvanşahların sifarişi ilə inşa edilib. Ramanı qalası hərbi müdafiə sisteminin bir parçası olub, müdafiə və müşahidə məntəqələri kimi istifadə edilib.

Qeyd edək ki, Azərbaycan filmlərindən “Koroğlu,” “Nəsimi” və “Babək” filmləri məhz Ramanı qalasında çəkilib.

1956-cı ilə qədər qala baxımsız vəziyyətə qalmış, dağılmaq üzrə imiş. Amma həmin il qalanın bərpasına qərar verilir. Çünki burada “Koroğlu” filmi çəkiləcəkdi.

Ziyarət etdiyimiz gün qapısı bağlı olduğu üçün çəkib göstərə bilməsək də, qalanın qalın divarları var. Üstü düzbucaqlı qüllə ilə örtülən qalanın divarlarının qalınlığı 1,5 metrə yaxındır. Bəzi iddialara görə, Bakıda olan qalalar arasında gizli yollar mövcuddur.

Əslində qala ziyarətçilərin istifadəsinə verilsə, bura turistlərin marağını çəkə biləcək ərazi ola bilər. Ətrafında ürəkaçan şərait yaradılsa da, müəyyən qədər nəzarətdən kənarda qalıb. Qeyd edim ki, qalaya çıxmadan, yaxınlıqda yerləşən neftlə çirklənmiş əraziləri görmək mümkündür.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
icma.az

1Mənbələr