AZ

Lombard şirkəti borc cəlb edir

Azərbaycanda lombard şirkəti “Express Lombard” ASC fond bazarından 200 min manat borc cəlb edir.

Banker.az bunu şirkətin Emissiya prospekti və ya informasiya memorandumuna istinadən xəbər verir.

Sənədə görə, hər birinin nominal dəyəri 100  manat olan 20 000 ədəd  faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar buraxılması nəzərdə tutulur. İstiqrazlar 18 illik dərəcə ilə 36 ayı əhatə edəcək.

Şirkət Azərbaycanda lombard bazarında fəaliyyətdədir.

“Express Lombard” ASC-nin aktivləri 2023-cü illə müqayisədə təxminən 32 dəfə artaraq 1,1 milyon manata çatıb. Öhdəliklər 6 dəfə artaraq 122 min manat, kapital isə 5 dəfə artaraq 983 min manat olub. Xalis mənfəət 2023-cü ildəki 134 min manatdan 483 min manata yüksəlib.

Azərbaycanda lombardların fəaliyyətinə bir sıra iqtisadi və sosial amillər təsir göstərir. İqtisadi dalğalanmalar əsas rol oynayır: tənəzzül dövrlərində ənənəvi kredit imkanlarının azalması lombard xidmətlərinə tələbi artırır, sabitlik və artım dövrlərində isə bu tələbat azalır. Rəqəmsal lombard platformalarının və onlayn kredit xidmətlərinin artması ənənəvi lombardların rəqabət qabiliyyətini azalda bilər, buna görə də onlar rəqəmsal xidmətlər təklif etməklə uyğunlaşmağa çalışmalıdırlar. İstehlakçıların davranış və seçimlərindəki dəyişikliklər, həmçinin lombardlara olan ictimai münasibət də fəaliyyətə təsir edən amillərdəndir. Qanunvericilikdə edilən dəyişikliklər – məsələn, faiz dərəcələri, lisenziyalaşdırma və hesabat tələbləri – bu sahəyə birbaşa təsir göstərə bilər. Bundan əlavə, alternativ kredit mənbələrinin çoxalması lombardlar üçün rəqabəti artırır. Nəhayət, qızıl və digər qiymətli metalların qiymətindəki dalğalanmalar girov əşyalarının dəyərinə və əməliyyatların gəlirliliyinə təsir edir.

Qeyd edək ki, şirkətin səhmdarları Nicat Həsənov Vaqif oğlu (45 % pay), Rifat Həsənov Vaqif oğlu (45 % pay) və Leyla Cabbarova Vaqif qızı (10 % pay) adlı şəxslərdir. Rifat Həsənov “İnternational BOKT”nin sahibdir. O BOKT-də istiqraz bazarında aktiv borc cəlb edən şirkətlərdəndir.

 

Seçilən
12
banker.az

1Mənbələr