ain.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.
Hurriyyet.az xəbər verir ki, Rusiya Ukraynaya qarşı gizli raketlərdən istifadə edib.
Son aylarda Rusiya Ukraynaya qarşı "9M729" nişanlı qanadlı raketlərdən istifadə edib. Onların məxfi şəkildə hazırlanması ABŞ prezidenti Donald Trampı ilk müddətində Moskva ilə nüvə silahlarına nəzarət sazişindən imtina etməyə məcbur edib. Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiha məlumat verib. Onun sözlərinə görə, avqust ayından bəri bu cür raketlər azı 23 dəfə Ukrayna ərazisinə atılıb.
Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsi ilə qadağan edilmiş 9M729 raketi nüvə və ya adi döyüş başlığı daşıya bilər və 2500 km-ə qədər mənzilə malikdir. 5 oktyabrda Lapayevka kəndindəki yaşayış binasına endirilən zərbədən sonra aşkar edilən raket parçaları ondan istifadə edilməsi faktını təsdiqləyib.
Sibiga qeyd edib ki, Rusiyanın hərəkətləri beynəlxalq müqavilələrə və ABŞ-ın münaqişənin həlli üçün səylərinə etinasızlıq nümayiş etdirir və Ukraynanın uzaq mənzilli silahlarını artırması müharibənin sona çatmasına kömək edə bilər.
Hürr Tərcüman
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
 
                        