AZ

Ukraynanın səhiyyə naziri Fəxri Xiyabanı, Şəhidlər Xiyabanı və Zəfər Parkını ziyarət edib (FOTO)

Bakı. Trend:

Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Respublikasının səhiyyənaziri Viktor Lyaşkonun rəhbərlik etdiyi nümayəndə heyətiAzərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmiləri ilə birgəFəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevinxatirəsini ehtiramla yad edib, məzarı önünə tər gül dəstələriqoyublar.

Trendxəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qonaqlar görkəmli oftalmoloq-alim, akademikZərifə Əliyevanın, böyük alim, ictimai-siyasi xadim və səhiyyətəşkilatçısı Əziz Əliyevin, eləcə də tanınmış elm xadimi TamerlanƏliyevin məzarlarını da ziyarət edərək üzərinə çiçəklərdüzüblər.

Daha sonra Ukrayna nümayəndə heyəti Şəhidlər Xiyabanına gələrək,Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmişqəhrəman Vətən övladlarının, həmçinin Ukrayna əsilli AzərbaycanınMilli Qəhrəmanı Viktor Seryoqinin xatirəsini ehtiramla yad edib,məzarları üzərinə güllər qoyublar.

Səfər çərçivəsində Ukrayna nümayəndə heyəti Zəfər Parkını daziyarət ediblər. Onlar xatirə daşının önünə gül dəstələri düzərəkşəhidlərin əziz xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, rəsmi səfər çərçivəsində Ukrayna Respublikasınınsəhiyyə naziri Viktor Lyaşko Azərbaycan Respublikasının səhiyyənaziri Teymur Musayevlə görüşü baş tutacaq.

Ukraynanın
Ukraynanın
Ukraynanın
Ukraynanın
Məqalədə:
Seçilən
39
7
az.trend.az

8Mənbələr