AZ

Ermənistan 12 ədəd “Su 30MKI” alacaq

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ermənistan Azərbaycanın sürətlə artan hava gücünə qarşı balans yaratmaq məqsədilə Hindistandan 12 ədəd döyüş təyyarəsi almağa hazırlaşır.

"Cebheinfo.az" xəbər verir ki, Hindistan istehsalı olan “Su-30MKI” döyüş təyyarələri üçün 2,5–3 milyard dollar dəyərində bir müqavilənin son mərhələsinə yaxınlaşıldığı bildirilir.

Hindistan mərkəzli müdafiə mənbələrinə görə, bu müqavilə 8-dən 12-yə qədər “Su-30MKI” təyyarəsini əhatə edir.Bu alış, Hindistanın öz istehsalı olan döyüş təyyarələri ilə həyata keçirdiyi ilk ixrac müqaviləsi olacaq.

Yeni təyyarələrin “Uttam AESA” radarı, yerli elektron müharibə sistemləri və “Astra Mk.1” ilə “Mk.2” havadan-havaya raketləri ilə təchiz olunması planlaşdırılır.Lakin bəzi sistemlərin hələ də inkişaf mərhələsində olduğu qeyd edilir.

Yüksək səviyyədə yerli istehsal hədəflənsə də, təyyarələrdə istifadə olunan bəzi kritik hissələr Rusiyadan alınacaq. Bu isə Moskvanın satışdan gəlir əldə etməyə davam edəcəyini göstərir.Təyyarələrin 2027-ci ildə təhvil verilməyə başlanması və 2029-cu ilə qədər tamamlanması planlaşdırılır.Müdafiə mütəxəssislərinə görə, bu proses Hindistanın müdafiə sənayesində mühüm bir dönüş nöqtəsi olacaq.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
cebheinfo.az

2Mənbələr