Braziliyalı futbolçu Neymar "Santos"la müqaviləsini uzatmaq niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə "Diario AS" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 33 yaşlı futbolçu dünya çempionatına hazırlaşmaq üçün Braziliya klubu ilə daha bir qısamüddətli müqavilə imzalamağı planlaşdırır. Neymarın Avropaya qayıtmaq istəyi reallaşmayıb, "İnter Mayami"yə keçidi isə təxirə salınıb.
Cari mövsümdə Neymar klub səviyyəsində 23 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. "Transfermarkt" portali futbolçunun dəyərini 11 milyon avro olaraq qiymətləndirir.
 
                        