AZ

“Azərbaycan Pakistan hərbi əməkdaşlığı güclənir” ƏDALƏT VERDİYEV

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pakistan uzun illərdir Azərbaycan üçün yaxın dost və strateji tərəfdaşdır. Ölkələr arasındakı əməkdaşlıq xüsusilə hərbi sahədə diqqətçəkəndir və zamanla daha da möhkəmlənib.

Bu kontekstdə Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif 8 noyabrda keçiriləcək Zəfər paradında iştirak edəcək.

Gununsesi.info-ya danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, son aylarda həm yerli, həm də beynəlxalq mediada Azərbaycanın Pakistanla bağladığı hərbi əməkdaşlıq müqaviləsi çərçivəsində 40 ədəd JF-17 Blok-3 qırıcısı aldığı barədə xəbərlər yayılıb.

“Paradda Pakistan Hərbi Hava Qüvvələrinin JF-17 qırıcılarını nümayiş etdirməsi istisna deyil. Pakistanın bu paradda böyük ehtimalla JF-17 qırıcıları öz imkanlarını geniş şəkildə təqdim edəcək.

JF-17 qırıcıları Pakistanın Hindistana qarşı hava əməliyyatlarında həm Rusiya, həm də Fransa istehsalı olan qırıcılarla qarşılaşıb və bu döyüşlərin hər birindən qalib ayrılıb. Azərbaycanın belə qırıcılarla təchiz olunması isə regiondakı güc balansını ölkənin xeyrinə qorumağa və onu lider mövqeyində saxlamağa imkan verəcək.

Azərbaycan dəfələrlə Pakistandan müdafiə sənayesinin istehsalı olan avadanlıq alıb və bu əməkdaşlığı davam etdirəcəyini açıqlayıb,”-deyə Ə.Verdiyev əlavə edib.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
icma.az

1Mənbələr