AZ

Ağ Ev Halloween bayramında demokrat ruhların videosunu yayımladı

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

ABŞ-də şatdaun fonunda Ağ Ev oktyabrın 31-də "Halloween" bayramı münasibətilə demokrat ruhların videosunu yayımlayıb.

Oxu.Az-ın xəbərinə görə, bununla bağlı Ağ Ev rəsmi "X" hesabında paylaşım edib.

Videoda alaqaranlıqda Kapitoli binası təsvir olunub, binanın yaxınlığında uçan ruhlar isə havada gözdən itir. Eyni zamanda, sarı polis lenti ilə bir-birinə bağlanmış baryerlər də əks olunub.

"Demokratlar ABŞ xalqı arasında yoxa çıxırlar, onlara xalqın onlara ən çox ehtiyac duyduğu vaxtda", - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, həmin gün daha əvvəl ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Tramp Ağ Evdə keçirilən "Halloween" şənliklərinə qatılıblar. ABŞ prezidenti uşaqlara şəxsən hədiyyələr paylayıb.

Müxtəlif personajlar kimi geyinmiş yüzlərlə uşaq arasında prezident və birinci xanım kimi geyinmiş kreativ cütlük - oğlan və qız diqqət cəlb edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
oxu.az

1Mənbələr