AZ

“ABŞ vuracağı hədəfləri seçib”

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“ABŞ administrasiyası Venesuelada narkotiklərin qaçaqmalçılığında istifadə olunduğu iddia edilən obyektləri müəyyən edib”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti ABŞ rəsmilərinə istinadən məlumat yayıb. 

Məlumata görə, seçilmiş hədəflərə hava zərbələri endirilə bilər.

Bununla belə, ABŞ Prezidenti Donald Trampın hücum barədə hələ yekun qərar qəbul etmədiyi bildirilir.

Qəzet həmçinin qeyd edir ki, mümkün hədəflər arasında hərbçilərin nəzarət etdiyi limanlar və aeroportlar ola bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
2
qafqazinfo.az

3Mənbələr