31 oktyabr 2025-ci il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində Kənd Təsərrüfatı İşçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ramal Məmmədov, idarə, müəssisə, təşkilatların rəhbərləri və fermerlər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə tər gül dəstələri düzərək, ruhuna ehtiramlarını ifadə ediblər. Tədbir Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, daha sonra iştirakçıların çıxışları ilə davam etmişdir.
Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov kənd təsərrüfatı işçilərini peşə bayramları münasibəti ilə təbrik edərək, onlara kənd təsərrüfatının inkişafı naminə xidmətlərində uğurlar arzulayıb. Bildirib ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan aqrar islahatlar bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Aqrar islahatların həyata keçirilməsinə və qeyri-neft sektorunun mühüm istiqaməti olan kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir.
Görülən işlər, məqsədyönlü və sistemli islahatlar, məhsul istehsalçılarına hərtərəfli dövlət dəstəyi aqrar sektorun inkişafına stimul yaradır, emal sənayesinin inkişafına yol açır.
 
                        