AZ

ABŞ sanksiyalarına görə Kolumbiya Prezidentinin təyyarəsinə yanacaq verilməyib

Ajans.az xəbər verir ki,bu barədə Infobae məlumat yayıb. Məlumata görə, Petro Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Səudiyyə Ərəbistanına səfər edərkən Şimali Afrikada texniki eniş edib, lakin təyyarəyə yanacaq doldurulmasına icazə verilməyib. Prezident hadisəni “rüsvayçılıq” adlandırıb. Dövlət başçısı sosial şəbəkədə yazıb: “Bu, Kolumbiya Hərbi Hava Qüvvələrinin bütün yanacaq tədarükünü həyata keçirən Amerika şirkəti idi. Şirkətin bazası Afrikanın Kabo-Verde adalarında yerləşir.” Petro əlavə edib ki, Kolumbiya həmin şirkətlə müqaviləni ləğv etməlidir, çünki o, ölkəyə yanacaq verməkdən imtina edib. Prezident şirkətin adını açıqlamayıb. Nəticədə, Petronun Boeing 737-700 təyyarəsi Madriddə yanacaq doldurmaq üçün dayanmalı olub. Xatırladaq ki, 24 oktyabrda ABŞ Maliyyə Nazirliyi Qustavo Petroya qarşı sanksiyalar tətbiq edib, onu “qlobal narkotik ticarəti sənayesində iştirakda” ittiham edib.

 

Seçilən
22
Ajans.az

1Mənbələr