Sea Breeze

Peşəkar səviyyəli əyləncə üçün ən yaxşı böyük ekranlı REDMI planşetini – “REDMI Pad 2 Pro” seriyasını təqdim edirik.

Bu gün “Xiaomi” brendi “REDMI Pad 2 Pro” seriyasını təqdim etdi. Bu məhsul xətti böyük ekran əyləncələrinin həyəcanverici təcrübəsini axtaranlar üçün nəzərdə tutulub – onun vizual effektləri və rəvan işləməsi filmləri və oyunları daha canlı əks etdirir. Gündəlik əyləncələr üçün yaradılan planşet nəhəng ekranı, güclü batareyası, həcmli səsi və istənilən tapşırığa asanlıqla uyğunlaşa bilən universal funksiyaları özündə birləşdirir.

“REDMI Pad 2 Pro” seriyasının əsasında 12,1 düymlük ultraböyük 2.5K displey¹ durur ki, bu da tamaşaçını baş verənlərə daha dərindən qərq edir. Dolby Vision® realistik təsvir üçün daha dəqiq rəng ötürülməsini təmin edir, 120 Hz²-dək adaptiv yeniləmə tezliyi isə istər axın videolarında, istər oyunlarda, istərsə də çoxsaylı tapşırıqların icrası zamanı hərəkətə səlislik qatır. “DC Dimming”, həmçinin aşağı səviyyəli mavi işıqlanma (aparat həlli), titrəmənin olmaması  sirkad ritminə uyğunluq üçün “TÜV Rheinland”ın üçlü sertifikatları sayəsində ekran gözlərə düşən yükü azaldır və hətta uzunmüddətli baxış zamanı komfortu təmin edir.

Multimedia təcrübəsini Dolby Atmos® və Hi-Res Audio dəstəyinə malik 4 dinamikli audio sistem tamamlayır ki, bu da məkanı dolğun, həcmli səslə əhatə etməyə imkan verir. Səs gurluğunun əl ilə 300%⁴-ə qədər artırılması sayəsində, audio hətta səs-küylü mühitdə belə aydın səslənir.

Uzunmüddətli əyləncə sessiyaları üçün nəzərdə tutulmuş “REDMI Pad 2 Pro seriyası, “Xiaomi”nin qlobal bazardakı planşetləri arasında ən böyüklərdən biri olan 12000 mA·s (tip.) həcmli güclü batareya ilə təchiz edilmişdir. Şarj etmək vaxtı gəldikdə, 33 vattlıq sürətli şarj⁶ enerjini tez bərpa edir, 27 vattlıq naqilli revers şarj⁷ funksiyası isə səyahət zamanı cihazdan digər qadcetləri şarj etmək üçün portativ akkumulyator kimi istifadə etməyə imkan verir.

Sabit və effektiv iş enerjiyə qənaət edən 4nm texnoloji proseslə²¹ yaradılmış Snapdragon® 7s Gen 4 mobil platforması səyahəsində həyata keçirilir və böyük ekrana tələbkar tətbiqlər üçün belə optimallaşdırılmış performansı təmin edir.

Daha komfortlu qarşılıqlı əlaqə üçün REDMI Pad 2 Pro seriyası Xiaomi HyperOS⁸ əməliyyat sisteminə əsaslanan inteqrasiya edilmiş Xiaomi cihazlarının əlaqə sistemini⁹ dəstəkləyir və bu, Xiaomi ekosistemindəki digər cihazlarla fasiləsiz bağlantı təmin edir. Dəstəklənən funksiyalar arasında zənglərin sinxronizasiyası (Call sync), ümumi mübadilə buferi (Shared clipboard), şəbəkə sinxronizasiyası (Network sync) və planşetin birbaşa smartfonun tətbiqlərinə və fayllarına giriş əldə etməsinə imkan verən Home screen+ funksiyaları var.

İstifadəçilər həmçinin Cross-device cameras funksiyasından istifadə etməklə müxtəlif cihazların kameralarını birləşdirə və müxtəlif rakurslardan çevik videozənglər və yayımlar edə bilərlər.

Google Gemini”¹⁰  “Circle to Search with Google”¹¹ dəstəyini əhatə edən “REDMI Pad 2 Pro Series” intellektual imkanları genişləndirərək, təkmilləşdirilmiş yardım və axtarış alətləri təklif edir. Yaddaşı 2 TB-dək¹² genişləndirmək imkanı sayəsində isə istifadəçilər videoları, sənədləri və yaradıcılıq layihələrini saxlamaq üçün kifayət qədər yer əldə etmiş olurlar – hər şey əl altında, hər şey əyləncə üçün hazır vəziyyətdir.

Qiymət və əlçatanlıq

“Graphite Gray” rənginə və 8 GB + 256 GB (Wi-Fi) yaddaş konfiqurasiyasına malik “REDMI Pad 2 Pro” 649 AZN-dən başlayan qiymətlərlə

Cihazı rəsmi pərakəndə satış tərəfdaşlarından – “Kontakt”, “İrshad”  “Baku Electronics”dən əldə edə bilərsiniz.

Media.az - Новости Азербайджана - Xiaomi представила REDMI Pad 2 Pro — лучший планшет REDMI для развлечений профессионального уровня
Media.az - Новости Азербайджана - Xiaomi представила REDMI Pad 2 Pro — лучший планшет REDMI для развлечений профессионального уровня
Media.az - Новости Азербайджана - Xiaomi представила REDMI Pad 2 Pro — лучший планшет REDMI для развлечений профессионального уровня
Media.az - Новости Азербайджана - Xiaomi представила REDMI Pad 2 Pro — лучший планшет REDMI для развлечений профессионального уровня
Medinex
ETX
Medinex
ETX
Medinex
ETX