"AzerGold" QSC 2025-ci ilin ilk doqquz ayında ixracatda rekord artım nümayiş etdirərək xaricə 165,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,6 milyon dollar və ya 84% artım deməkdir.
Xatırladaq ki, ötən ilin eyni dövründə cəmiyyətin ixracatı 90 milyon dollar olmuşdu.
 
                        