AZ

Rusiya Azərbaycandan qeyri-neft məhsulları alışını 4%-dən çox artırıb

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Rusiyaya 878,9milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixracedilib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayına istinadən xəbərverir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə35,2 milyon ABŞ dolları və ya 4,2% çoxdur.

Təkcə sentyabrda isə Azərbaycandan sözügedən ölkəyə 64,8 milyonABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib. Bu isə2024-cü ilin eyni ayı ilə müqayisədə 826,9 milyon ABŞ dolları və ya29,3% azalma deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarındaAzərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiqdövrü ilə müqayisədə 7,7% artaraq 2,6 milyard ABŞ dolları təşkiledib.

Seçilən
19
az.trend.az

1Mənbələr