AZ

“Aralıq dənizinin açarı Türkiyədədir” - Politoloq

“Aralıq

Türkiyə Avropa və Asiyanın kəsişməsində yerləşdiyi üçün Mərmərə dənizindən Qara dənizə qədər uzanan Bosfor boğazına nəzarət edir, NATO-nun əsas üzvü kimi regional tarazlıqları formalaşdırır.

Reyting.az
xəbər verir ki, bu barədə İspaniyanın aparıcı radiostansiyası “Radiomundo”-da yayımlanan “La Hora Global” proqramında Türkiyənin geostrateji mövqeyi və müstəqil xarici siyasəti ilə bağlı təhlildə qeyd olunub.

Təhlildə adı keçən şərhçi Rikardo Barboza bildirib ki, Türkiyə Aralıq dənizinin açarlarına sahibdir.

Barbozanın qiymətləndirməsinə görə, Osmanlı İmperiyasının Balkanlar, Egey və Aralıq dənizlərində əsrlər boyu davam edən dominantlığının mirası Ankaranın diplomatik və hərbi hərəkətlərini formalaşdırmağa davam edir.

Qeyd olunur ki, Türkiyə avtomatik olaraq Qərblə uyğunlaşmaq vərdişindən uzaqlaşaraq daha muxtar və iddialı xarici siyasət yürütməyə başlayıb.

Politoloqun şərhində Türkiyənin Suriya, Liviya və Qafqazdakı artan təsiri də diqqətdən kənarda qalmayıb:

“Prezident Rəcəb Tayyib Ərdoğanın geosiyasi strategiyası sayəsində Ankara həm İslam dünyasında, həm də Avropada təsirini gücləndirir”.

O, həmçinin Ankaranın son addımlarının həm regional, həm də qlobal ambisiyaları olan müstəqil bir aktor kimi ortaya çıxdığına diqqət çəkib.

Nəhayət, Barboza Türkiyənin Qara dənizdən Aralıq dənizinə qədər uzanan enerji və ticarət yollarına təsirinin Avropa və Asiya arasında güc balansı üçün kritik olduğunu vurğulayıb.

ELÇİN
Seçilən
12
1
reyting.az

2Mənbələr