Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İspaniya Xarici İşlər Nazirliyi noyabrın 4-də Madriddə Ukraynanı dəstəkləyən "istəklilər koalisiyası"nın gizli və qapalı görüşünü təşkil edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "El Mundo" nəşri yazıb.
Bildirilir ki, görüşdə 35 ölkənin nümayəndələri iştirak edəcəklər. Onlar Kiyevə yardım məsələlərini müzakirə edəcəklər. Özü də görüş "maksimum məxfilik" şəraitində keçiriləcək. Diskussiyalar iki blok çərçivəsində aparılacaq. İştirakçılara xəbərdarlıq edilib ki, mobil telefonlardan istifadəyə icazə verilməyəcək, habelə onlar görüş barəsində məlumatları sosial şəbəkələrdə paylaşa bilməyəcəklər.
Birinci müzakirə blokunda nümayəndələr Ukraynaya dəstəyin artırılması yollarını müzakirə edəcəklər. Daha sonra diqqəti Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə ümumi yanaşmanın işlənib hazırlanması üzərində cəmləşdirəcəklər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.