AZ

SEPAH komandirinə sui-qəsd edildi

İranın Sistan və Bəluçistan əyalətinin Xaş şəhərində SEPAH komandiri Məhəmməd Şahuzehinin avtomobilinə silahlı hücum edilib.

"Unikal" xəbər verir ki, bu barədə İran mətbuatı yazıb.

Hadisə nəticəsində onun bir neçə mühafizəçisi yaralanıb və xəstəxanaya yerləşdirilib.

Yerli mənbələr bildirir ki, Şahuzehinin vəziyyəti barədə dəqiq məlumat yoxdur. Onun öldürüldüyü və ya ağır yaralandığı ehtimal olunur.

Qeyd edək ki, Məhəmməd Şahuzehi 2022-ci il sentyabrın 30-da Zahidanda baş verən və “Qanlı Cümə Günü” kimi tanınan etirazların yatırılmasında iştirak edən komandirlərdən biri kimi tanınırdı. Həmin hadisə zamanı onun rəhbərliyi altındakı qüvvələr etnik bəluc olan etirazçılara və mülki vətəndaşlara qarşı amansızlıq edib.

Ağarza Elçinoğlu

Seçilən
9
4
unikal.az

5Mənbələr