AZ

Rauf Abdullayevin xanımı: Xəstəxanadan evə nə zaman buraxılacağı bilinmir

BAKI, 31 oktyabr. TELEQRAF

"Həyat yoldaşımın səhhəti normaldır. Xəstəxanada müalicəsi davam edir. Evə nə zaman buraxılacağı hələlik məlum deyil".

Bunu Teleqraf-a Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru Rauf Abdullayevin həyat yoldaşı Munisa Abdullayeva dirijorun səhhətindən danışarkən deyib.

Qeyd edək ki, 88 yaşlı Rauf Abdullayev Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib. O, halsızlıq, yüksək şəkər və sağ bud çanaq nahiyəsində ağrı şikayətlərilə klinikaya daxil olub.

Seçilən
19
teleqraf.com

1Mənbələr