AZ

Tavuş vilayətində demarkasiya işləri dayanıb - Qubernator

Tavuş

“Hazırda Ermənistanın Tavuş vilayətində sərhəd demarkasiyası ilə bağlı konkret iş və ya proses yoxdur”.

Reyting.az
xəbər verir ki, bunu Tovuz rayonu ilə həmsərhəd olan Ermənistanın Tavuş rayonunun qubernatoru Hayk Qalumyan deyib.

“Əlbəttə, bu müzakirə baş nazirin müavini səviyyəsində aparıla bilər, lakin Tavuş vilayətində bu məsələ ilə bağlı konkret bir proses yoxdur”, - deyə qubernator əlavə edib.

Delimitasiya olunan və daha sonra divar tikilən Kirants kəndində məktəbin durumuna gəldikdə, qubernator qeyd edib ki, hazırda 37 şagird məktəbə, beş uşaq isə bağçaya gedir:

“Ümumilikdə, kənddən əhali axını olmayıb. Hazırda Kirants kəndində 16 milyon dollarlıq dövlət proqramı çərçivəsində 53 ev tikilir”.

E. KAMAL
Seçilən
14
1
reyting.az

2Mənbələr