Onun sözlərinə görə, artıq 55-dən çox ölkə donanma baxışı, "Milan" manevrləri və Hind Okeanı Dəniz Qüvvələri Simpoziumunda iştirak etmək niyyətini təsdiqləyib. Vitse-admiral qeyd edib ki, tədbirə qədər ölkələrin sayı və iştirak formatı dəyişə bilər. ABŞ və Rusiya həm beynəlxalq donanma baxışında, həm də "Milan" manevrlərində iştiraklarını təsdiqləyiblər. Hər iki ölkə Hindistana hərbi gəmilər göndərməyi planlaşdırır, əlavə olaraq bir neçə hərbi təyyarənin də göndərilməsi müzakirə olunur. Beynəlxalq donanma baxışının 2026-cı il fevralın 18-də Hindistanın cənub-şərqində, Andhra Pradeş ştatının Vishakhapatnam şəhərində keçirilməsi nəzərdə tutulur. Tədbir iki ildən bir təşkil olunan çoxşaxəli "Milan" manevrləri ilə eyni vaxtda keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31