AZ

Lukaşenko: "İyrənc Avropa Belarusa hava üçün pul ödəməyə başlayacaq"

"İyrənc Avropa gələcəkdə Belarusa hava üçün pul ödəməyə başlayacaq".

HİT.az "BelTA"ya istinadən xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

"Vaxt gələcək ki, bu iyrənc Avropa bizə Allahın verdiyini qoruduğumuz üçün pul ödəyəcək", deyə o vurğulayıb.

Lukaşenkonun sözlərinə görə, indi Avropa pul ödəmək əvəzinə onları sanksiyalarla boğmağa çalışır.

30 oktyabrda Litva, ölkə üzərində görünən və iddia edilən siqaret qaçaqmalçılığı ilə əlaqəli hava şarlarına cavab olaraq, Belarusa qarşı yeni sanksiyalar təkliflərini Avropa Komissiyasına (AK) təqdim edib. Litvanın xarici işlər naziri Kestutis Budris, noyabrın sonunda keçiriləcək növbəti Avropa İttifaqı liderlik iclasına qədər Belarusa qarşı sanksiyalar məsələsində irəliləyişin əldə ediləcəyini gözləyir. Budrisin sözlərinə görə, Litva milli məhdudiyyətlərə nisbətən daha geniş və daha təsirli Aİ məhdudiyyətlərinə üstünlük verir.

Lukaşenko ölkəsinə qarşı xarici təcavüz olmadığı təqdirdə müharibəyə qoşulyamayacaqlarını bildirib: "Bunlar elə qeyri-müəyyən dövrlərdir ki, dözməliyik. Dözsək, uşaqlarımız yaşayacaq. Uğursuz olsaq, bu uçuruma qərq olacağıq. Dünyada 50-dən çox münaqişə və müharibə var. 1951-ci ilə qayıtmaq istəməzdik".

Lukaşenko ölkəsi tək qalsa belə, döyüşməyəcəyinə söz verib: "Bu, prezidentin və hökumətin əsas vəzifəsidir".

28 oktyabrda Lukaşenko Belarusun Qərblə dialoqa və gərginliyi azaltmaq üçün addımlara açıq olduğunu, lakin Avropanın hələlik sülhə ehtiyacı olmadığını bildirib. Belarus lideri həmçinin qeyd edib ki, nə Rusiya, nə də Belarus Avropaya hücum etmək niyyətində deyil. O, heç bir ölkənin Aİ-də gərginliyin artmasında maraqlı olmadığını və heç bir Avropa ərazisinə ehtiyac duymadığını vurğulayıb və bu iddianı "tamamilə cəfəngiyat" adlandırıb.

Samir

Seçilən
1
hit.az

1Mənbələr