AZ

Köç karvanı Xıdırlı kəndinə çatıb: Açarlar təqdim edilib

Nyu-Yorku vuran rekord yağış şəhəri iflic etdi. 

Metro xətləri və zirzəmilər su altında qalıb, iki nəfər boğularaq həyatını itirib. 

"Cebheinfo.az" xəbər verir ki, “Dünyanın ürəyi” adlandırılan Nyu-Yorkda leysan yağışlar şəhəri su altında qoydu. Yollar çaya çevrildi, insanlar qarınlarına qədər qalxan suda yeriməyə məcbur qaldı.  Kanalizasiya sistemləri küçələrə daşdı. 

Bruklində bir mənzilin zirzəmisində köməksiz qalan 39 yaşlı kişinin cansız bədəni dalğıclar tərəfindən çıxarıldı. Manhettendə isə 43 yaşlı bir kişi su ilə dolmuş qazanxanada ölü tapıldı. Nyu-Yorkda dalğıclar fasiləsiz çalışdı. 

Sanitariya xidmətləri dayanmadan işləsə də, “heç vaxt yatmayan şəhər” selə məğlub oldu. ABŞ Milli Hava Xidmətinin məlumatına görə, cümə axşamı günü Central Parka 4,5 santimetr, LaGuardia Hava Limanına isə 5 santimetr yağış düşüb. Bu miqdar 1917 və 1955-ci illərdəki rekord göstəriciləri geridə qoydu. Şəhər meri Erik Adams bildirib: 

“Yağışın miqyasına baxdıqda, kanalizasiya sistemimizin bunu idarə etməsi mümkün deyil. Yağış bir an belə dayanmadı.” Şəhərin bəzi bölgələrində avtomobillər suya qərq oldu, metro stansiyalarını da su basdı. İtkilər yalnız insan həyatı ilə məhdudlaşmadı, maddi zərər də Nyu-York sakinlərini sarsıtdı. 2021-ci ildə baş verən oxşar bir sel zamanı zirzəmilərdə yaşayan 11 nəfər həyatını itirmişdi. 

Seçilən
14
cebheinfo.az

1Mənbələr