
ABŞ-ın striminq xidməti "Netflix" ABŞ mediasına dair konsorsiumu - "Warner Bros. Discovery"ni almaq imkanlarını araşdırır.
AFN.az-ın "Reuters"ə istinadən məlumatına görə, "Netflix" potensial təklifin qiymətləndirilməsi üçün "Moelis & Co" investisiya bankını işə götürüb və satınalma müraciəti üçün zəruri maliyyə məlumatlarına çıxış əldə edib.
"Warner Bros. Discovery" və "Moelis & Co" məsələyə şərh verməkdən imtina ediblər. "Netflix"dən də məlumatın təsdiqi alınmayıb.
"Warner Bros." studiyası "Netflix" üçün bir çox məşhur seriallar istehsal edir. Bu biznesin əldə edilməsi xidməti ən populyar hekayələr və personajlar, o cümlədən "Harry Potter" və "DC Comics" franşizaları üzərində nəzarət imkanı verəcək.