Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Ana və döl ölümü təkcə doğuş zamanı yox, son aylar və həftələrdə də, yaşana bilir. Hətta bəzən döl bətindaxilində öldüyü üçün ananı da xilas etmək mümkün olmur. Təəssüf ki, bir neçə gün öncə də, eyni hal azyaşlı qızın toy günü başına gəldi. Bu hadisədən sonra hamilələr və övlad sahibi olmaq istəyən gənclərdə də, qorxu yarandı. Görəsən, dölün ölümünü ana hiss edə bilmirmi? Döl necə və nədən ölür? Ananı hansı halda xilas etmək olar?
Bu mövzular ətrafında cərrah mama-ginekoloq Nigar Həsənova Lent.az-a açıqlama verib.

Həkim qeyd edib ki, dölün bətindaxili inkişafdan qalması, ölümü adinotal ölüm adlanır və hamiləlik müddətinin 1-2-3-cü trimestrinə (üç aylıq bölgü) görə dəyişir:
“Döl birinci trimestrdə öldükdə, abortla, ikinci və üçüncü dövrdə isə onu bədəndən süni doğuşla ilə çıxarmaq olur. Adinotal ölümün, xüsusən son həftələrdə baş verməsinin bir sıra səbəbləri var. Əsas amillərə keçirilən hansısa infeksiyon xəstəlik (qızılma, məxmərək, qrip, hepatit), ana ilə döl arasında rezus kompleksi (yəni, ananın qanı Rh-mənfi, atasının və dölün qanı Rh-müsbət olduqda yaranan immunoloji vəziyyətdir. Bu zaman ananın orqanizmi dölün qanına qarşı anticisim yarada bilər), koqülopatiya (qan laxtalanma sisteminin pozulması nəticəsində qanaxmanın dayanmasının çətinləşməsi (həddindən artıq qanaxma) və ya əksinə, həddindən artıq laxtalanma), dölün anadangəlmə həyatla uzlaşmayan ağır qüsurları, ciftin patologiyası, həmçinin ananın aldığı hər hansısa travma ilə ciftin döldən ayrılması ilə qan dövranının pozulması, eləcə də, preeklampsiya aiddir.
Endogen səbəblərə aid olan preeklampsiya zamanı ananın da qaraciyər, böyrək və ağciyər göstəriciləri yüksəlir və nəticədə poliorqan çatışmazlığı yarana bilir.
Döl ölümününün qarşısımı almağın yolları
Dölün bətindaxili ölümünün qarşısını almaq üçün ilk növbədə hamilə qadın hər ay müayinəyə getməlidir”.
Bətindaxili dölün ölümünü necə bilmək olar?
Həkim qeyd edib ki, hamilənin mütəmadi həkim müayinəsinə getməsi mütləqdir:
“Hamiləlik əlamətlərinin azalması, itməsi, yaxud yuxarı həftələrdə dölün hərəkətinin azalması, hiss edilməməsi, qarın tonusunun dəyişməsi, eləcə də, maye şəklində rəngli, qoxulu, qanlı sızıntının gəlməsi, sancıların və kəskin ağrıların olması dölün inkişafında problem yarandığına işarədir. Bu hallarda təcili olaraq, həkimə müraciət etmək, ulturasəs müayinəsindən keçmək və hamiləliyi sonlandırmaq lazımdır.
Bətindaxili ölüm zamanı ilk növbədə dölün massiratsiyası baş verir (dəri və dərialtı toxumalar qopur, dölyanı mayelərlə qarışır, infeksiyalar qoşulur, septik vəziyyət yaranır). Həmin hal anada zəhərlənmə yaradır. Toksinlərin təsiri qaraciyər, böyrək çaçtışmazlığından septiki şoka qədər gətirib, çıxara bilir.
Ona görə də, hamilələr və onların ailə üzvlərinə demək istəyirəm ki, hansısa narazılıq olduğu an həkimlə məsləhətləşin, yoxlamalara vaxtı-vaxtında gedin. Riskli hamiləlikdə - şəkərli diabet, əkiz hamililəlikdə xüsusi diqqət ayrılmalıdır”,-deyə o, fikrini yekunlaşdırıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
