AZ

Rusiyada külli miqdarda pul daşıyan sərnişin tutulub –Azərbaycan manatı da olub

Ajans.az xəbər verir ki,bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb. Məlumata görə, sərnişin baqajını təqdim etməkdən imtina edib və qaçmağa cəhd edib, lakin saxlanılıb. Cinayətkar İstanbuldan Kazana gələn Rusiya vətəndaşı olub və əvvəllər gömrük qaydalarını pozduğuna görə inzibati və cinayət məsuliyyətinə cəlb olunub. Tranzit baqaj yoxlaması zamanı sərnişinin üzərində müxtəlif valyutalar aşkar edilib: Türk lirəsi, Azərbaycan manatı, Braziliya realı, Rumıniya leyi, Hindistan rupisi, Serbiya dinarı və digər valyutalar. Ümumi məbləğ 110.600 dollara bərabər olub. Hazırda Rusiya Cinayət Məcəlləsinin 200.1-ci maddəsinin 2-ci hissəsi (xüsusilə külli miqdarda nağd pul qaçaqmalçılığı) üzrə cinayət işi başlanıb. Cinayətkarı dörd ilə qədər azadlıqdan məhrum etmə və ya qanunsuz daşınan valyuta məbləğinin on beş mislinə qədər cərimə gözləyir.

 

Seçilən
36
Ajans.az

1Mənbələr