AZ

Əfsanəvi cütlüyün super gizli həyatı: Görün necə yaşayırlar

Amerikalı tennis əfsanəsi Andre Aqqasi həyat yoldaşı Şteffi Qrafla evliliklərinin 24-cü ildönümünü qeyd edib. Lakin cütlüyün tennis dünyasında yaşadığı hekayə o qədər dərin və emosionaldır ki, bu tarix əslində 33 illik sevgi yoluna bərabərdir.

Aqqasi ilk dəfə Qrafı Fransız televiziyasındakı müsahibəsində görüb. Həmin vaxt Şteffi karyerasının zirvəsində idi, 1988-ci ildə “Qızıl şlem” qazanmışdı. Aqqasi isə hələ ilk böyük titulunun axtarışında idi. Onların yolları yalnız Qraf karyerasını bitirməyə yaxın olanda kəsişdi və cütlük bir müddət sonra münasibət quraraq 2001-ci ildə evləndi. Toyları sadə şəkildə baş tutdu. Mərasimdə yalnız anaları iştirak edib, onlar cins şalvar geyinmişdilər və ayaqyalın idilər. Hətta mərasim zamanı bağbanların səsi təbii fon kimi eşidilib. İki gün sonra isə onların oğlu Ceyden dünyaya gəlib.

O vaxtdan ailə mətbuatdan uzaq, sakit həyat tərzi sürür. Aqqasi və Qraf yalnız xeyriyyə tədbirlərində və ya xüsusi televiziya layihələrində görünürlər.

Hər ikisi erkən yaşda tennis ilə məşğul olmağa başlayıb. Buna görə uşaqlarına idmanı məcburi seçim kimi təqdim etməyiblər. 24 yaşlı oğlu Ceyden beysbol karyerası qurub və hazırda “Mahoning Valley Scrappers” komandasında çıxış edir. 22 yaşlı qızları Caz isə fitnes, rəqs və piklbol ilə maraqlanır, eyni zamanda tennisə sevgisini qoruyur.

Seçilən
14
publika.az

1Mənbələr