Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycanın UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında 24 elementlə dünyada ön sıralarda yer alır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın Səmərqənd şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) Baş Konfransının 43-cü sessiyasında çıxışı zamanı bildirib.
Nazir Ceyhun Bayramov çıxışında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dağıdılmış mədəni irsinin bərpasının hökumətin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb, bu prosesdə minalanmış ərazilərin böyük maneə yaratdığını qeyd edib.
 
                        