AZ

ABŞ senatoru: İrana qarşı addımlarda qətiyyətli olmalıyıq

BAKI, 31 oktyabr. TELEQRAF

“İran nüvə silahına sahib olmaq ambisiyasından hələ də əl çəkməyib”.

Teleqraf xəbər verir ki, bunu ABŞ senatoru Con Kornin Çindən İrana 2000 min ton raket yanacağı idxalı barədə danışarkən deyib.

“İranın nüvə dövləti olmaq ambisiyasını dayandırdığımızı və ya ram etdiyimizi düşünmək üçün heç bir əsas yoxdur. Bu təhlükə ilə mübarizədə ayıq-sayıq və qətiyyətli olmalıyıq.

Heç vaxt düşünməmişdim ki, (iyulda keçirilmiş) son əməliyyat İranın nüvə potensialını tamamilə məhv edəcək. Çünki iranlıların hələ də onu bərpa etmək üçün alimləri və təcrübəsi var, dağıntılar altında hələ də avadanlıqlar var. Buna görə də, onların hələ də hərəkətdə olmasına təəccüblənmirəm”, - Kornin qeyd edib.

Seçilən
10
2
teleqraf.com

3Mənbələr