AZ

"Bank Respublika"nın fəaliyyətində BİABIRÇILIQ - Müştərilər cavabsız qaldı

Bank Respublika ilə bağlı müştəri narazılıqları səngimək bilmir. Sosial şəbəkələrdə və müxtəlif şikayət platformalarında bankın xidmət keyfiyyəti ilə bağlı tənqidlər artmaqdadır.


Manset.az-ın əldə etdiyi məlumata görə, şikayətçilərdən biri bildirib ki, kredit müraciəti üçün bank tərəfindən təqdim edilən onlayn qeydiyyat linkindən istifadə etmək istəsə də, mobil nömrəsinə təsdiq kodu gəlmir.

“Bir link qoymusuz kreditlə bağlı, mobil nömrəyə kod gəlmir. Artıq bir aydır müraciət edə bilmirəm sizə. Bütün qaynar xətləriniz məşğuldur,” – deyə vətəndaş qeyd edib.

Şikayətçinin sözlərinə görə, problem uzun müddətdir davam edir, lakin bank tərəfindən məsələ ilə bağlı nə cavab, nə də həll təklifi verilib.

Müştərilər ümumilikdə Bank Respublika-nın müştəri xidmətlərindən operativ və effektiv dəstək ala bilmədiklərini vurğulayırlar.

Bankdan məsələ ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.

Seçilən
1
manset.az

1Mənbələr