AZ

İnsanlar daha az içirlər: alkoqol sənayesi $830 milyard dəyər itirib — “Bloomberg”

“Bloomberg” agentliyinin hesablamalarına görə, son bir neçə ildə dünyanın ən böyük pivə, şərab və sərt spirtli içki istehsalçılarının səhmləri ümumilikdə 830 milyard dollar dəyərində ucuzlaşıb. 2021-ci ilin ortalarına nisbətən təxminən 50 şirkəti əhatə edən Bloomberg alkoqol indeksi 46% azalıb.

Mütəxəssislər bu itkini son illərdə sənayenin üzləşdiyi “böyük dəyişikliklərlə” izah edirlər. Bebibumerlər (1946–1964) və X nəslinin (1965–1980) yaşlanması, həmçinin milenialların (1981–2000) sağlamlıq problemlərinin artması spirtli içki satışlarının azalmasına səbəb olub. Tədqiqatlara görə, Z nəsli (2001–2014) isə ümumiyyətlə daha az içki istehlak edir.

“Müxtəlif struktur dəyişikliklər baş verir — insanlar sadəcə olaraq daha az içir,” — deyə “Morgan Stanley” analitiki Sara Saymon qeyd edib.

Satışların azalmasının başqa səbəbləri sırasında ticarət müharibələri, Donald Trampın tətbiq etdiyi idxal rüsumları və iqtisadi qeyri-sabitlik göstərilir. Ötən həftə “Heineken” şirkəti üçüncü rübdə satışların azalmasını “davam edən makroiqtisadi qeyri-sabitlik” və ABŞ və Avropada tələbin zəifləməsi ilə izah edib.

Seçilən
16
banker.az

1Mənbələr