Olke.az saytından alınan məlumata görə, ain.az bildirir.
Qərb Rusiyanın nüvə enerjisi ilə işləyən “Poseydon” sualtı gəmisindən istifadəsinin qarşısını almaq üçün Rusiya prezidenti və Ali Baş Komandan Vladimir Putinin qarşısında “diz şökməyə” hazırlaşmalıdır.
Ölkə.az xəbər verir ki, bunu RF Dövlət Dumasının spikeri Vyaçeslav Volodin plenar iclasda deyib.
“"Burevestnik"in yaradılması tayı-bərabəri olmayan silah olan "Poseydon"u sınaqdan keçirməyə imkan verdi. Prezident əvvəlindən sonunadək bu layihənin icrasına nəzarət etdi və biz bunun nəticəsini görürük. Bu gün xaricdə bizə zərər verənlər Ali Baş Komandanımızın qarşısında baş əyməyə hazır olmalıdırlar ki, bu silahdan istifadə etməsinlər", - Volodin bildirib.
O qeyd edib ki, layihənin həyata keçiriləcəyinə heç kim inanmırdı. "Prezident buna inanıb və ona nəzarət edib. Ən müasir, güclü silah yaradılıb", - Dövlət Dumasının spikeri qeyd edib.
Mürtəza
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.