ain.az, Lent az portalına istinadən məlumat yayır.
Tərtərdə oğul anasını və qardaşını qarət edib.
Lent.az xəbər verir ki, hadisə Balakəngərli kəndində qeydə alınıb.
22 yaşlı Mətləb Xankişiyev (ad və soyad şərtidir) yaşadıqları evin hamam otağında anasına məxsus 1584 manatlıq, qonaq otağında isə qardaşına məxsus 1680 manatlıq boyunbağıları oğurlayıb. Sonra həmin qızılları lombarda qoyaraq, 1150 manat kredit götürüb.
Nəticədə Mətləb Xankişiyev barəsində Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsilə cinayət işi açılıb.
Məhkəmədə verdikləri zamanı zərərçəkənlər Mətləbi bağışladıqlarını və ona qarşı şikayətləri olmadığını bildiriblər.
Tərtər rayon Məhkəməsinin qərarı ilə cinayət işinə xitam verilib və təqsirləndirilən şəxs məsuliyyətdən azad olunub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
 
                        