AZ

Rusiya qitələrarası raketini sınaqdan keçirib Ordunun arsenalına daxil ediləcək

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın nüvə enerjisi ilə işləyən “Burevestnik” qitələrarası qanadlı raketi ilk dəfə uğurlu şəkildə sınaqdan keçirilib. 

Qərb mediasında “Uçan Çernobil” adlandırılan bu silahın sınağının nəticələri dünya ictimaiyyətində böyük rezonans doğurub.

Rusiya Prezidenti Vladimir Putin açıqlamasında bildirib ki, raket üzərində tammiqyaslı sınaq keçən həftə uğurla başa çatıb. Onun sözlərinə görə, bu sistem “dünyada analoqu olmayan bir silah”dır və artıq Rusiya ordusunun silahlanmasına daxil edilməsi üçün hazırlıqlar başlanıb.

Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov isə sınağın 14 min kilometrlik məsafədə, 15 saatlıq uçuş zamanı həyata keçirildiyini açıqlayıb. O qeyd edib ki, raket məsafədən asılı olmayaraq hədəfləri yüksək dəqiqliklə vura bilir.

Mütəxəssislər hesab edir ki, bu sınaq Rusiyanın strateji silah potensialını daha da gücləndirəcək və qlobal silah balansında mühüm dəyişikliklərə səbəb ola bilər.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
azpolitika.info

1Mənbələr