Berlin, 31 oktyabr, AZƏRTAC
Oktyabrda avrozonada inflyasiya 2,1 faiz olub. Bu göstərici sentyabrla müqayisədə 0,1 faiz azdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqı Statistika İdarəsinin (Eurostat) məlumatında bildirilib.
Oktyabrda ən yüksək illik artımın xidmət sektorunda olacağı gözlənilir - 3,4 faiz (sentyabrda 3,2 faiz). Sonrakı yerdə 2,5 faizlə (3 faiz) ərzaq, spirtli içkilər və tütün məhsulları gəlir. Qeyri-enerji sənaye mallarında 0,6 faiz artım (sentyabrda 0,8 faiz), enerji qiymətlərində isə 1 faiz azalma gözlənilir. Sentyabrda bu sahədə azalma 0,4 faiz təşkil edib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
 
                        