Sakinlərin Ajans.az-a bildirdiyi sözlərə görə, 588 və 866 nömrəli qəsəbənin ərazisində və avtomobil yolunda quraşdırılmış gecə işıqları uzun müddətdir ki, işlək vəziyyətdə deyil. Nəticədə, axşam saatlarında ərazidə tam qaranlıq yaranır, bu isə həm gediş-gəlişdə, həm də təhlükəsizlik baxımından çətinliklər törədir. Məcburi köçkünlər bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problem hələ də həllini tapmayıb. Sakinlər işıqlandırma sisteminin bərpasını və kompleks ərazisində təhlükəsizliyin təmin edilməsini xahiş edirlər. Hazırda məsələ ilə bağlı müvafiq qurumların mövqeyi öyrənilir. Qeyd edək ki, hər iki kompleks ərazisində 1000 dən artıq keçmiş məcburi köçkün ailəsi məskunlaşıb.