AZ

Prezident Tokayev Azərbaycanla əməkdaşlığın Asiyadan Avropaya qədər gətirdiyi faydaları yaxşı bilir

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-Mərkəzi Asiya sammitində Azərbaycanın iştirak etməyi ilə bağlı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin fikirləri çox yüksək dəyərləndirilir. Tokayev qeyd edir ki, “Mən Azərbaycanın da belə bir vacib forumda iştirakını arzuolunan hesab edirəm. Çünki enerji ehtiyatları, əlverişli coğrafi mövqeyi, həmçinin Prezident İlham Əliyevin strateji vizyonu və siyasi iradəsi nəzərə alınmaqla, bu ölkə mahiyyət etibarilə regional nəqliyyat, logistika və enerji gücünə çevrilib və Cənubi Qafqazda və ondan kənarda mühüm rol oynayır. Azərbaycan Böyük Orta Asiyanın təbii bir hissəsi hesab edilə bilər. Əminəm ki, tədbir məhsuldar və qarşılıqlı faydalı olacaq”.

Bizimyol.info xəbər portalına danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, Tokayev çox böyük dünya görüşünə malik liderdi və Qazaxıstanın dövlət başçısı Azərbaycanla əməkdaşlığın təkcə Mərkəzi Asiya ilə yox, Asiyadan Avropaya qədər böyük bir coğrafiya üçün gətirdiyi faydaları çox yaxşı bilir: “Bu gün əlvərişli nəqliyyat bağlantıları olmadan regional və qlobal əməkdaşlığı genişləndirmək mümkün deyil. Bu baxımdan, Mərkəzi Asiya dövlətlətləri Azərbaycanı özünə çox yaxın hesab edir”.

Azər Badamov

Deputat xatırladıb ki, Mərkəzi Asiya ölkələri özlərinin dövlət başçılarının sammitinə ancaq Azərbaycanı dəvət etmişdi: “Bu da Azərbaycanın Mərkəzi Asiya üçün əhəmiyyətindən irəli gəlir. İndi də 5+1 formatında Azərbaycanın olması tam məntiqlidir və bu format 6+1 ola bilər. Çünki Azərbaycan coğrafi-logistik önəm daşıyan ölkədir. Ölkəmizin iştirakı ilə ərsəyə gəlmiş Orta dəhliz və Trans Xəzər Beynəlxalq Nəqliyat Marşurutu həm yüklərin daşınmasında, həm də enerji daşıyıcıların nəql olunmasında və rəqəmsal kommunikasiyaların qurulmasında əhəmiyyətli rol oynayır. Bu da dənizlərə çıxışı olmayan bəzi Mərkəzi Asiya dövlətləri üçün fürsət pəncərəsidir. Yəni ABŞ-ın Mərkəzi Asiyadakı maraqları strateji əməkdaşlıq üzərində qurulur. Bu əməkdaşlığın genişləndirilməsi Azərbaycansız çətin olar”.

Azər Badamovqeyd edib ki, Mərkəzi Asiya təbii resurslarla zəngin bir regiondur və bu regionun resurslarını nəql edilməsi üçün Azərbaycanın iştirak etdiyi Orta dəhliz marşurutu mütləq şəkildə aktualdır. Deputat vurğulayıb ki, bu baxımdan Azərbaycanın 5+1 formatında keçirləcək sammitdə iştirak etməsi, həm sammit iştirakçıları, həm də Azərbaycan üçün əhəmiyyətlidir.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
bizimyol.info

1Mənbələr