AZ

Gündə bir stəkan noxud xolesterolu azalda bilər

Aparılan yeni araşdırmaya görə, gündə bir stəkan noxud və ya qara lobya yemək xolesterol səviyyəsini aşağı sala və orqanizmdəki iltihabı azalda bilər.


Pravda.az bildirir ki, tədqiqatda prediyabetli şəxslər 12 həftə ərzində paxlalılarla zəngin pəhriz saxlayıblar. Nəticədə onların xolesterol səviyyəsi orta hesabla 200 mg/dl-dən 186 mg/dl-yə düşüb. Mütəxəssislər qeyd edirlər ki, bu qədər sadə bir vərdiş belə, ürək-damar sağlamlığı üçün mühüm fərq yarada bilər.


Həkimlər gündəlik qidalanmaya bir stəkan noxud və ya digər paxlalı növlər əlavə etməyin həm xolesterol, həm də qanda şəkərin tənzimlənməsi baxımından faydalı olduğunu vurğulayır.


Əminə Bayramova 

Tarix: 31 Oktyabr 2025, 16:37   
Seçilən
18
pravda.az

1Mənbələr