AZ

"Çelsi"nin baş məşqçisi Bakıdan imtina etdi

BAKI, 31 oktyabr. TELEQRAF

İngiltərənin "Çelsi" klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Bakıda "Qarabağ"a qarşı keçirəcəyi oyun üçün səfər proqramı müəyyənləşib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, London təmsilçisi Bakıya oyundan bir gün öncə - noyabrın 4-də gələcək.

"Zadəganlar"ın baş məşqçisi Enso Mareska uzun məsafə uçuşundan sonra komandanın yorğunluğunu səbəb gətirərək Bakıda oyunöncəsi məşq prosesi keçirməməyi qərara alıb.

İtaliyalı mütəxəssisin matçdan əvvəl keçirilməli olan mətbuat konfransı da Bakıda baş tutmayacaq. O, London klubun düşərgəsində jurnalistlər önünə çıxacaq. Azərbaycanlı mətbuat işçiləri isə konfransa onlayn formada qoşulacaqlar.

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də, Tofiq Bəhramov adına Respublika Stadionda təşkil olunacaq.

Seçilən
16
2
teleqraf.com

3Mənbələr