Bakı. Trend:
Hər iki ölkənin maraqlarına uyğun olaraq müsbət inkişaf edənAzərbaycanla strateji əməkdaşlıq münasibətləri artıq yeni səviyyəyəçatıb.
Trend KəndTəsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu Bolqarıstanenergetika nazirinin müavini İva Petrova Sofiyada İqtisadiəməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyanın7-ci iclasında çərçivəsində Bolqarıstan-Azərbaycan biznes forumundaçıxışı zamanı bildirib.
Nazir müavini vurğulayıb ki, Bolqarıstan hökumətinin təbii qaztəchizatını şaxələndirmək və regionda enerji təhlükəsizliyiniartırmaq istiqamətində Azərbaycanla mühüm əməkdaşlıq edir: “Avropaməqsədləri kontekstində bir-biri ilə əlaqəli və vahid ümumavropaqaz bazarının yaradılması üçün Bolqarıstan hökuməti qazinfrastrukturunun inkişafı, milli qaz ötürmə şəbəkəsiningenişləndirilməsi və qonşu ölkələrlə əlaqələringenişləndirilməsində maraqlıdır. Bu istiqamətdə bizim Azərbaycanlatərəfdaşlığımız enerji müstəqilliyinin və təhlükəsizliyinin təminedilməsində əsas rol oynayır”.
 
                        