AZ

Huanq effekti: “Nvidia” rəhbərinin Seula səfərindən sonra Koreya səhmləri kəskin bahalaşıb

“Nvidia”nın baş direktoru Censen Huanqın “Samsung Electronics”in sədri Cey Y. Li və “Hyundai Motor”un rəhbəri Con Sonla birlikdə Seulda yerləşən “Kkanbu Chicken” restoranında pivə və qızardılmış toyuqla şam yeməyindən çəkilmiş fotoları sosial şəbəkələrdə viral təsir yaradıb və Koreya bazarında “ralli”yə səbəb olub.

“Kkanbu”nun rəqibi “Kyochon F&B”nin səhmləri təxminən 20%, toyuq istehsalçısı “Cherrybro”nun səhmləri 30%, toyuq qızartma robotları təchizatçısı “Neuromeka”nın dəyəri isə əhəmiyyətli dərəcədə artıb.

Bu hadisə bir daha göstərir ki, “viral” kontent və memlər, fundamental göstəricilərə baxmadan, Cənubi Koreyada qısamüddətli bazar impulslarını formalaşdırır, “Bloomberg” yazır.

Daha nələr baş verib?

Huanq həmin axşam yalnız pivə deyil, həm də bütün Cənubi Koreya texnologiya sektorunu “qaldırdı”.

“Nvidia” Cənubi Koreya hökuməti və ölkənin nəhəng korporasiyaları “Samsung Electronics”, “Hyundai Motor Group” və “SK Group” ilə milli süni intellekt infrastrukturunun inkişafı üçün 260 mindən çox akseleratorun tədarükü barədə razılıq imzalayıb.

Elm Nazirliyinin dəstəklədiyi təşəbbüs çərçivəsində Cənubi Koreya suveren süni intellekt şəbəkəsi yaradacaq: “Nvidia”nın 50 mindən çox ən yeni çipi “Kakao”, “Naver” və “NHN Cloud” məlumat mərkəzlərində quraşdırılacaq.

“Samsung” yeni nəsil HBM yaddaşı əsasında “süni intellekt fabriki” tikəcək, “Hyundai” “Nvidia Blackwell” prosessorlarını avtonom idarəetmə və robotlaşdırılmış istehsalat sahəsində istifadə edəcək, “SK Group” isə Asiyada ilk “sənaye AI buludu”nu RTX Pro 6000 çipləri üzərində quracaq.

Seçilən
30
banker.az

1Mənbələr