BAKI, 31 oktyabr. TELEQRAF
Laçın rayonunun Qorçu qəsəbəsində aparılacaq tikinti layihəsi çərçivəsində söküntü işləri aparılacaq.
Teleqraf xəbər verir ki, müvafiq işlərə 1 milyon 491 min 654,68 manat vəsait xərclənəcək.
Söküntü işləri “EL-SEYM İnşaat” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən həyata keçiriləcək. Nizamnamə kapitalı 152 min manat olan şirkətin qanuni təmsilçisi Ələkbərov Yaşar Kəmənd oğludur.
Qeyd edək ki, sözügedən işlərə “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi tərəfindən nəzarət ediləcək.