AZ

Bakıda 81 və 160 nömrəli marşrutlarda yeni “Yutong” avtobusları xəttə buraxılır

Noyabrın 1-dən etibarən Bakıda 81 və 160 nömrəli marşrut xətləri üzrə istismar olunan avtobuslar yenilənəcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Agentliyin bildirdiyinə görə, Köhnə Günəşli və Qaraçuxur qəsəbələrini birləşdirən 81 nömrəli marşrut üzrə xəttə 20 ədəd “Yutong” markalı avtobus buraxılacaq. CNG texnologiyası ilə təchiz olunmuş bu avtobuslar 6 dəqiqəlik intervalla hərəkət edəcək, gedişhaqqı isə 0,60 manat olacaq.

Binə qəsəbəsi ilə “Koroğlu” metrostansiyasını əlaqələndirən 160 nömrəli marşrut üzrə isə 18 ədəd yeni CNG avtobusu sərnişinlərə 6–7 dəqiqəlik intervalla xidmət göstərəcək. Gedişhaqqı 0,70 manat müəyyən edilib.

AYNA-nın məlumatına əsasən, hər iki marşrutda ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Seçilən
11
1
anews.az

2Mənbələr