ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev 3 noyabrdan etibarən Krım körpüsünə elektrik və hibrid avtomobillərin girişini qadağan edən fərman dəyişikliyini imzalayıb.
"Cebheinfo.az" xəbər verir ki, qadağa A-290 avtomobil yolunun Taman qovşağından körpünün özünə qədər olan hissəsini əhatə edir.
Daha əvvəl ağır tonnajlı yük maşınları üçün də qadağa tətbiq edilən bu körpüdən artıq elektrik və hibrid avtomobillər də istifadə edə bilməyəcək.
Bu nəqliyyat vasitələri Taganroqdan Canköyə qədər uzanan R-280 “Novorossiya” avtomobil yolundan istifadə etməli olacaqlar. Bu marşrut boyunca Rostov-na-Donudan Sevastopola qədər təxminən 22 ədəd şarj stansiyası mövcuddur.Qadağanın səbəbi hələ rəsmi şəkildə açıqlanmayıb.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.