AZ

Qazaxıstan UEFA Konfrans Liqasının finalına ev sahibliyi edə bilər

BAKI, 31 oktyabr. TELEQRAF

Qazaxıstan 2028 və 2029-cu illərdə UEFA Konfrans Liqasının final qarşılaşmasını keçirmək üçün UEFA-ya rəsmi müraciət təqdim edib.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, Qazaxıstan tərəfi final oyununu Almatı və ya Astana şəhərlərində yerləşən stadionlardan birində keçirməyi planlaşdırır.

Dəqiq məkan daha sonra müəyyənləşəcək.
Fonal oyununa ev sahibliyi üçün Fransa (Lill stadionu), Macarıstan (Budapeşt stadionu), İtaliya (Turin stadionu), Polşa (Qdansk stadionu) və Finlandiya (yalnız 2029-cu ilin finalı üçün Helsinkidəki stadion) da mübarizə aparır.

Konfrans Liqasının finalına ev sahibliyi üçün təqdim edilən müraciətlər 2026-cı ilin iyununda təsdiqlənəcək. Qonaq ölkə isə həmin ilin sentyabrında UEFA İcraiyyə Komitəsinin iclasında müəyyən olunacaq.

Seçilən
51
2
teleqraf.com

3Mənbələr