AZ

"Uembli" və "Kamp Nou" 2029-cu il Çempionlar Liqasının finalına namizəd olub

"Uembli" və "kamp nou" 2029-cu il Çempionlar liqasının finalına namizəd olub

İngiltərənin "Uembli" stadionu və yenidənqurma işləri aparılan "Barselona"nın (İspaniya) "Kamp Nou" arenası 2029-cu il UEFA Çempionlar Liqasının final matçını keçirmək üçün müraciət edib.

"Report" xəbər verir ki, finalın keçiriləcəyi stadion barədə qərar 2026-cı ilin sentyabrında UEFA tərəfindən açıqlanacaq.

Almaniyanın "Bavariya" klubuna məxsus "Allians Arena" isə 2028-ci il finalına namizəddir. Münhen arenası daha əvvəl 2012 və 2025-ci illərdə də qitənin ən nüfuzlu klub turnirinin həlledici oyununa ev sahibliyi edib.

UEFA-nın məlumatına görə, Qazaxıstan 2028 və 2029-cu illərdə UEFA Konfrans Liqasının finalını qəbul etmək üçün ərizə verib. Oyun Almatı və ya Astanada keçirilə bilər.

Fransa, Macarıstan, İtaliya, Polşa və Finlandiya da namizəd ölkələr sırasındadır. Qərar 2026-cı ilin sentyabrında UEFA İcraiyyə Komitəsinin iclasında elan olunacaq.

Seçilən
7
xalqcebhesi.az

1Mənbələr