AZ

Aclıq aksiyası keçiriən Kərimin vəziyyəti ağırlaşdı

Axar.az saytına istinadən ain.az xəbər verir.

Qanunsuz həbsinə və qeyri-müəyyən vəziyyətdə saxlanılmasına etiraz olaraq Təbriz həbsxanasında aclıq aksiyası keçirən Kərim İsmayılzadənin vəziyyəti aksiyanın 9-cu günü ağırlaşıb.

Axar.az xəbər verir ki, bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, milli fəal huşsuz vəziyyətdə Təbrizin İmam Rza xəstəxanasına köçürülüb.

Qeyd edək ki, oktyabrın 15-də Təbriz Prokurorluğuna çağırılan İsmayılzadə oradan Təbriz həbsxanasına aparılıb.

Ona qarşı “yalan məlumatlar yaymaqla ictimai rəyi təhrik etmək” və “hökumətə qarşı təbliğat” ittihamları irəli sürülüb.

Qeyd edək ki, Kərim İsmayılzadə bundan əvvəl də dinc mədəni fəaliyyətlərinə görə bir neçə dəfə saxlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
1
axar.az

2Mənbələr