AZ

“AQRAR SEKTORDA 100 MİNLƏRLƏ QEYRİ FORMAL İŞÇİ VAR...” “Asan və çevik mobil tətbiq yaradılmalıdır”

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

“Qulağa xoş gələn söz-söhbətləri nəzərə almasaq, Azərbaycanda qara əmək bazarının ağardılması üçün real istək yoxdur. Əgər olsa idi, bunu ilk növbədə aqrar sektordan başlayardılar”.

“AzPolitika” bildirir ki, bunu iqtisadçı Rövşən Ağayev deyib.

Onun sözlərinə görə, bu sektorda mövsümi, qısamüddətli çalışan insanlarla mülki hüquqi xarakterli müqavilələr əsasında müqavilə münasibətlərinin daha effektiv, hər iki tərəfə sərfəli mexanizmlərini yaradırdılar:

“Əvvəla, bu gü qüvvədə olan qanunvericiliklə ("Nağdsız hesablaşmalar haqqında" Qanun - red.), bu cür işlərə görə işəgötürən hər işləyənə 30 manatək nağd ödəniş edə bilər. Amma elə problem də burdan başlayır: əgər müqavilə rəsmiləşərsə, bu məbləğin 41 faizi qədər, yəni 12,3 manat sığorta və vergi ödəmələri etməlidirlər. Söhbət 25 faizlik sosial sığorta, 14 faizlik gəlir vergisi və 2%-lik tibbi sığortdan gedir.

Ayrıca aqrar sektora, qeyri-rəsmi məşğulluğun ən yüksək olduğu, reallıqda 100 minlərlə insanın qeyri-formal çalışdığı bir sahəyə bu istiqamət üzrə vergi imtiyazları verməklə bu problemi həll etmək olarmı? Böyük ölçüdə olar”.

R.Ağayev vurğulayır ki, onsuz da indi yuxarıda qeyd edilən ödənişlərin heç biri edilimir, büdcə də heç nə qazanmır, aqrar sektorda, xüsusən fərdi təsərrüfatlarda hamı ucdantutma qeyri-formal çalışır: “Mexanizmləri dəyişdirməklə, reallıqda istifadə olunan bu imtiyazları leqallaşdırmaq və 100 minlərlə insanın pensiya və tibbi sığortasını həll etmək, əmək bazarını 100-də 80-85 ağartmaq olar. Qeyd edim ki, hazırda ağarma faizi 50 faiz ətrafındadır”.

Bunun üçün nə etmək lazımdır? İqtisadçı qeyd edir ki, ilk növbədə sırf aqrar sektor üzrə mülki-hüquqi xarakterli müqavilələr üzrə ödəmə mənbəyində 14%-lik vergini digər vergilər kimi ən azı 10 illiyə sıfırlamaq lazımdır.

Onun sözlərinə görə, sosial sığortanı maksimum 4%-ə faizə endirib, onun 2%-ni, tibbi sığortanın 1%-ni dövlətin üzərinə qoymaq lazımdır. “Nəticədə işəgötürən fermerin vergi+sığorta yükü hazırkı xəyali 41%-dən real 3%-ə enəcək. Yəni, 30 manat üçün cəmi 90 qəpik vergi yükü”, - o əlavə edib.

R. Ağayev vurğulayır ki, məsələ bununla da bitmir: “Aqrar sektorda qısamüddətli və mövsümi işlərə görə mülki-hüquqi xarakterli müqavilələrin bağlanması üçün asan və çevik mobil tətbiq yaradılmalıdır ki, hər kəs rahatlıqla bu işi görə bilsin. Yəni cəmi 2-3 dəqiqə içərisində fermer əlində tutduğu ağıllı telefonla kimsənin yardımı olmadan bu əməliyyatı yerinə yetirsin”.

Rasim

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
azpolitika.info

1Mənbələr