AZ

Azərbaycan-Qazaxıstan arasında hərbi sahədə əməkdaşlıq müzakirə olunub – VİDEO

Qazaxıstanda işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 31-də bu ölkənin müdafiə naziri general-leytenant Dauren Kosanov ilə görüşüb.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, görüşdə Azərbaycanla Qazaxıstan arasında əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib, hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti müzakirə olunub.

Hər iki ölkə arasında hərbi əlaqələrin yeni perspektivlərinin müzakirə edildiyi görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Qazaxıstan müdafiə naziri general-polkovnik Z.Həsənova “Beynəlxalq əməkdaşlığın inkişafına töhfəyə görə” medalını təqdim edib.

Görüşün sonunda Qazaxıstan və Azərbaycan respublikaları Müdafiə nazirlikləri arasında 2026-cı il üçün hərbi əməkdaşlıq planı imzalanıb.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

022e632ec59d20626c997e8b796ca232

1054b2046373b4f53ecb74a2b4be5535

73fb0ace33406af04f43ec08cdd4ec09

192bd5a18d7139ed2e1522c0485710bc

cce6d1d982a8ab478057eb778c00d8c7

Seçilən
24
13
poliqon.az

10Mənbələr