İtaliyanın müdafiə naziri Quido Krosetto Rusiya və Ukrayna müharibəsi ilə bağlı təəccüblü açıqlama ilə çıxış edib.
Publika.az "Haber 7"-yə istinadən xəbər verir ki, Krosetto 2014-cü ildə və 2022-ci ilin fevral ayından sonra Ukraynanın itirilmiş ərazilərinin geri qaytarılmasının mümkün hesab edilmədiyini iddia edib.
"Rusiya onları heç vaxt tərk etməyəcək və Ukraynanın təkbaşına, hətta bizim köməyimizlə belə, onları geri qaytarmaq gücü olmayacaq", - deyə nazir vurğulayıb.
O, Putinin Krımı və digər işğal olunmuş Ukrayna ərazilərini Rusiya torpaqlarına daxil etdiyini xatırladıb.