Türkiyənin “Show TV” telekanalının yüksək reytinqli seriallarından olan “Kızılcık Şerbeti”ndə sürpriz ayrılıqlar yaşanacaq.
“Cebheinfo.az” xəbər verir ki, “Doğa” obrazına həyat verən məşhur aktrisa Sıla Türkoğlu ekran işindən ayrılacaq.
Aktrisa öz istəyi ilə layihədən ayrılmağa qərar verib. Onun qarşıdakı bölümlərdə serialdan ayrılacağı bəlli olub.
Bundan başqa, “Işıl” obrazına həyat verən Ece İrtem və “Firaz" rolunu oynayan Batuhan Bozkurt Yüzgüleç də layihədən ayrılacaq.
 
                        